Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerini tərk edən şəxs həbs edilib.
Daxili İşlər Nazirliyi xəbər verir ki, sentyabrın 17-də Xırdalan şəhərində “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Səmayə Ağayeva vurulub və avtomobil qarşıdan gələn, Sənan Əsgərovun idarə etdiyi “Ford” markalı avtomobilə çırpılıb. Nəticədə S.Ağayeva hadisə yerində ölüb.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi zamanı hadisə yerini tərk etməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü – Bakı şəhər sakini Orxan Ruzpeykara tutulub.
Araşdırma aparılır.