Xırdalanda elektrik yarımstansiyasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ümumi
sahəsi 105 kv.m olan yarımstansiyanın içərisində 16 ədəd paylayıcı
açar və kabel, bitişik iki evin dam örtüyü 6 kv.m sahədə yanıb.
Yarımstansiyanın və evlərin qalan hissəsi yanğından mühafizə
olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən
söndürülüb.