Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı
göstərişlərinə uyğun olaraq Abşeron rayonunun Xırdalan şəhərində,
Ceyranbatan, Saray və Məmmədli kəndlərində sakinlərlə səyyar
görüşlər keçirilmişdir. Xırdalan şəhərindəki “AAAF Park” Yaşayış
Kompleksinin sakinləri ilə baş tutan növbəti səyyar qəbulda Abşeron
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rayon Polis
Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizliyi Xidmətinin
Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Abşeron rayon
prokuroru Qabil Qasımov, Abşeron Rayon Məhkəməsinin sədri Elçin
Kazımov, “AAAF Park” Yaşayış Kompleksinin təsisçisi Tofiq Heydərov
və bir qrup sakin iştirak etmişdir.
İclasda RİH başçısı Abdin Fərzəliyev çıxış edərək dünyada
pandemiyanın göstərdiyi maneələrə və regionda gedən siyasi
proseslərə baxmayaraq Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkədə
sosial-iqtisadi sahədə böyük naliyyətlərin əldə olunduğunu,
yeni-yeni iş yerlərinin açıldığını bildirmişdir.
Vətəndaşların problemlərinin dövlət strukturlarının daim diqqət
mərkəzində olduğunu, onların araşdırılaraq həlli istiqamətində
addımların atıldığını bildirən Abdin Fərzəliyev Abşeron rayonunda
da sosial infrastrukturun qurulması istiqamətində böyük işlərin
görüldüyünü, lakin əhalinin sürətli artımı səbəbindən, təbii
olaraq, bır sıra təlabatların meydana çıxdığını vurğulamışdır. Qısa
müddətdə bu kimi məsələlərin həllində ciddi nəticələrin əldə
olunması üçün tədbirlərin görüldüyünü qeyd edən RİH başçısı “AAAF
Park” Yaşayış Kompleksinin sakinləri ilə artıq ikinci dəfə
görüşdüyünü və onların problemlərinin həlli istiqamətində RİH
tərəfindən bütün mümkün addımların atılacağını tədbir
iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra çıxış edən sakinlər 2017-ci ildən “AAAF Park” Yaşayış
Kompleksindən mənzillər aldıqlarını, lakin ötən 5 il ərzində bəzi
binaların tikilib başa çatdırılmadığını, tikintisi başa çatmış
binalarda isə təmir işlərinin aparılmasına icazənin verimədiyini,
tikinti şirkətinin öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə
yetirmədiyini, bır sıra alıcıların evlərinin dəyişdirilməsi zamanı
mənzilin ümumi sahəsinin azaldıldığını bildirmiş və üzləşdikləri
problemlərin həll olunmasında köməklik göstərilməsini xahiş
etmişlər.
“AAAF Park” Yaşayış Kompleksinin təsisçisi Tofiq Heydərov
sakinlərin qaldırdıqları məsələlərlə haqlı olduqlarını deyərək
bildirmişdir ki, kompleksdə hazırda 20 min sakin yaşayır. Rəhbərlik
etdiyi şirkətin müəyyən maliyyə sıxıntıları yaşadığını, bütün
dünyada yaşanan pandemiyaya qədər şirkətin tikinti işlərinin normal
qaydada davam etdiyini, lakin sonradan sakinlərin kreditlərini
ödəməkdə problemlərinin yarandığını və buna görə də inşaat
işlərinin ləngidiyini önə çəkən T.Heydərov kompleksdə 19, 28 və 29
saylı binaların tikintisinin nəzərdə tutulmuş müddətdən gecikdiyini
qeyd etmişdir. “AAAF Park” Yaşayış Kompleksinin layihəsinin 80
faizinin başa çatdığını, şirkətin bütün maliyyəsinin layihənin başa
çatdırılmasına cəlb olunduğunu qeyd edən T.Heydərov son bir ildə
layihəyə 10 milyon manata yaxın vəsait qoyulduğunu, minlərlə
sakinin pulunun geri qaytarıldığını önə çəkərək gələn aydan tikinti
işlərinin sürətləndiriləcəyini və problemlərin hissə-hissə həl
olunacağına söz vermişdir.
Yekunda sakinlərin üzləşdikləri problemlərin kompleks həlli
məqsədi ilə tədbirlər planı qəbul edilmiş və onun icrası
istiqamətində müvafiq addımların atılmasına başlanılmışdır.