Dünən axşam saatlarından Abşeron rayon Xırdalan şəhərinin bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
AzerTimes xəbər verir ki, bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, sözügedən ərazidə qəza baş verib:
“Hazırda ərazidə təmir işləri aparılır. Qəza bu gün aradan qaldırılacaq”.