XİN Yunanıstana başsağlığı verdi

XİN Yunanıstana başsağlığı verdi

Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatına son qoyan dəhşətli qatar qəzası bizi dərindən kədərləndirdi.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

“Bütün qurbanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”, – nazirliyin başsağlığında qeyd olunub.

Xatırladaq ki, Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 85 nəfər yaralanıb.

Teqlər: