Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstandakı Nümayəndəliyinin icraçı direktoru, səfir Yanoş Hovarinin vəfatı ilə əlaqədar başsağlığı verib.
AzerTimes xəbər verir ki, bu barədə XİN-in Tvitter hesabında paylaşım edilib.
“Türk Dövlətləri Təşkilatının Macarıstandakı Nümayəndəliyinin icraçı direktoru, səfir Yanoş Hovarinin vəfatı ilə əlaqədar dərin kədər hissi keçiririk.
Ömrünü türk dünyasının möhkəmlənməsinə həsr etmiş bir insanın ailəsinə və yaxınlarına başsağlığı veririk”, – məlumatda qeyd olunub.