Xəbər - Elçin Mehdiyev – Trend:
Ukraynadan Polşa sərhəddinə keçən Azərbaycan vətəndaşlardan
təxliyyə üçün həmin ölkədə olan səfirliyimizə məlumat vermələrini
xahiş edirik.
AzerTimes-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə
deyib.
L.Abdullayeva bildirib ki, Polşa sərhəddində xeyli insan
toplaşıb.
“İnsanların çox olması səbəbindən Polşa hökuməti tərəfdən təşkil
olunmuş avtobuslar vasitəsilə insanlar Polşanın digər şəhərlərinə
aparılırlar. Vətəndaşlardan xahiş edirik ki, sərhəddi keçdikdən
sonra Azərbaycan səfirliyi ilə əlaqə saxlasınlar və öz yerləri
barədə məlumat versinlər ki, növbəti təxliyyə zamanı nəzərə
alınsınlar”, – deyə L.Abdullayeva bidirib.