XİN Ukraynadan çıxan Azərbaycan vətəndaşlarının növbəti təxliyə müddətini açıqlayıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

“Azərbaycan Hava Yolları” QSC (AZAL) fevralın 28-də Ukraynadakı
vəziyyətlə əlaqədar qonşu ölkələrə keçmiş 174 Azərbaycan
vətəndaşını çarter reysi ilə təxliyə edəcək.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Rumıniyadan uçuş həyata keçirəcək təyyarə saat
23:00-00:00 ətrafında Bakıda eniş edəcək.

Qeyd edək ki, Rumıniya ərazisindən reallaşdırılacaq çarter
reyslərindən birincisi artıq həyata keçirilib. Türkiyənin “Tailwind” şirkəti vasitəsilə 168 nəfər Azərbaycana çatdırılıb.


Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: