XİN Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN)
Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədə daimi və müvəqqəti
yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək
onlardan hərbi qüvvələrin cəmləşdiyi ərazilərə (Ukraynanın şərq
bölgəsində yerləşən sərhəd vilayətlərinə) səyahət etməməyi, habelə
ölkə ərazisindəki hərbi obyektlərdən uzaq olmalarını tövsiyə
edir.

AzerTimes-ın məlumatına görə, bu
barədə XİN-in müraciətində deyilir:

“Vətəndaşlarımıza ehtiyac olmadığı təqdirdə evlərində və ya
güvənli yerlərdə qalmaları və səyahətlərdən çəkinmələri məsləhət
görülür.

Eyni zamanda, vətəndaşlarımıza Ukrayna dövlət orqanlarının rəsmi
məlumatlarını izləmələri tövsiyə edilir.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan
Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000
telefon xətti və [email protected] elektron poçt ünvanı,
Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon
xətti və [email protected] elektron poçt ünvanı ilə
məlumat əldə edə bilərlər. Vəziyyətin inkişafından asılı olaraq
əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi
tərəfindən bildiriləcək”, – müraciətdə deyilir.

Teqlər: