XİN təsdiqlədi: Azərbaycan vətəndaşı zəlzələdə həlak oldu

XİN təsdiqlədi: Azərbaycan vətəndaşı zəlzələdə həlak oldu

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı – 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində 3 703 nəfər həlak olub, 22 286 nəfər xəsarət alıb.

Teqlər: