Ermənistan növbəti saxta ittihamla çıxış edib.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Tvitter səhifəsində yazıb.
O vurğulayıb ki, İrəvan eyni ssenarini təkrarlayır:
“Ermənistan atəşkəsi pozur, Azərbaycan adekvat tədbirlər gördükdə isə bizi ittiham edirlər”.
XİN sözçüsü bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir:
“Ermənistandan fərqli olaraq Azərbaycan gərginlikdə maraqlı deyil”.