Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib.
AzerTimes xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.
“Azərbaycan jurnalistikasının dəyərli simalarından olan Səbuhi Məmmədlinin vəfatı bizi dərindən kədərləndirdi. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – paylaşımda qeyd olunub.