XİN rəhbəri: Sülh müqaviləsini imzalamağa hazır idik!

XİN rəhbəri: Sülh müqaviləsini imzalamağa hazır idik!

Ermənistan tərəfinin təqdim etdiyi sülh müqaviləsində dair təkliflər paketi haqqında hələlik dəqiq rəy söyləmək çətindir.

AzerTimes xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya XİN-in başçısı Sergey Lavrov ilə Moskvada keçirilən danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir deyib ki, sənədlər ətraflı öyrənilməlidir. Azərbaycan tərəfi təkliflər paketini danışıqlar prosesinin bir hissəsi kimi qəbul edir və Moskvada bu mövzunu müzakirə etməyə hazır idi.

C.Bayramov xatırladıb ki, Ermənistan baş naziri sülh müqaviləsini təqdim olunan təkliflər əsasında imzalamağa hazır olduğunu bildirib. “Bu, siyasi bəyanatdır. Biz bilirik ki, müqavilələr belə imzalanmır. Ona qalsa, Azərbaycan oktyabrın 2-də Cenevrədə öz təklifləri əsasında müqaviləni imzalamağa hazır idi”, – deyə nazir bildirib.

Teqlər: