Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib.
AzerTimes xəbər verir ki, bu barədə XİN Tvitter hesabında paylaşım edib.
“Qardaş Qazaxıstanın Abay rayonunda dağıdıcı meşə yanğını xəbəri bizi dərindən kədərləndirdi.
Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirik.
Qardaş Qazaxıstan xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, – XİN-in paylaşımında deyilir.