XİN işə qəbul imtahanının ilk mərhələsini keçənlərə müraciət edib

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmətə işə
qəbul imtahanının ilk mərhələsini keçən namizədlərə müraciət
edib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin
“Facebook” səhifəsində paylaşım edilib.

Məlumatda qeyd edilib ki, 2022-ci il yanvarın 23-də Xarici İşlər
Nazirliyində diplomatik xidmətə işə qəbul olmaq üçün Dövlət İmtahan
Mərkəzi tərəfindən keçirilmiş imtahanın 2-ci mərhələsində, müsahibə
mərhələsində iştirak hüququ qazanmış 113 namizəd ilə 22 fevral
2022-ci il tarixində Xarici İşlər Nazirliyində görüşün keçirilməsi
nəzərdə tutulub.


“İştirakla bağlı əlavə məlumat namizədlərin şəxsi kabinetlərində
yerləşdirilib. Müsahibə mərhələsinin cari ilin mart ayının sonu –
aprel ayının əvvəlində təşkil edilməsi nəzərdə tutulur”, – deyə
əlavə olunub

Teqlər: