Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan
vətəndaşlarının qonşu ölkələrdən Moldova Respublikası, Polşa
Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya
ərazisinə keçidi davam edir.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sözügedən
dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan
vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq
qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim
edilir, Covid-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq
şəkildə tələb edilmir.
Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru
yolla qonşu ölkələrdən Moldova Respublikasına 6500 nəfər
vətəndaşımız, Polşa Respublikasına 770 nəfər vətəndaşımız,
Rumıniyaya 318 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 60
nəfər vətəndaşımız, Macarıstana 48 nəfər vətəndaşımız daxil
olub.
Bu günədək Rumıniya ərazisindən həyata keçirilən 5 çarter reysi
ilə 900 nəfər azərbaycanlı, xüsusilə də qadınlar, uşaqlar, yaşlılar
Azərbaycana təxliyə olunub. Ukrayna ilə həmsərhəd ölkəkərdən
vətəndaşlarımızın çarter reysləri, habelə avtobuslarla təxliyəsi
bundan sonra da davam edəcək.
Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi
obyektlərdən kənar olmalarını, təhlükəsiz yerdə qalmalarını,
səyahətdən çəkinmələrini tövsiyə edirik.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan
Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000
telefon xətti və
[email protected] elektron poçt ünvanı, Xarkov
şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və
[email protected] elektron poçt ünvanı ilə, eləcə də
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin aşağıdakı
qaynar xətləri ilə məlumat əldə edə bilərlər:
Telefon: +994505748595
+994506725868
+994125969422
+994125969301
Elektron poçt:
[email protected]
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat
vətəndaşlarımıza təqdim ediləcəkdir.