9 iyul Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib.
AzerTimes xəbər verir ki, XİN rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edib və məzarı önünə əklil qoyublar.
Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarına tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.