XİN-in həbsdə olan iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri – Fərhad Molla-zadə və Səlim Əlizadənin barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı vəsatətlərə baxılıb.

Yenicag.az xəbər verir ki, hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclaslarda vəsatətlər təmin edilib.

Hər iki şəxs barəsində həbs qətimkan tədbiri ləğv olunub və onlar ev dustaqlığına buraxılıblar.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib./Report/

www.yenicag.az

Teqlər: