Xarici İşlər Nazirliyinin birinci katibi Araz İmanov
vəzifəsindən ayrılıb.
Trend-in
məlumatına görə, bu barədə A.İmanov özünün “Facebook” hesabında
bildirib.
“Qürur hissi ilə bildirirəm ki, 16 illik təcrübəm ilə Xarici
İşlər Nazirliyindən ayrılıb fəaliyyətimi Qarabağın bərpası
istiqamətində davam etdirəcəyəm”. – deyə A.İmanov qeyd edib.