Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsində yeni təyinat olub.
AzerTimes Modern.az-a istinadən xəbər verir ki, XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib.
XİN-in yeni sözçüsü bundan öncə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, 2018-ci ildən XİN-nin mətbuat katibi olan Leyla Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək.