XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə…

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə…

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında yazılıb.

“Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulub. Bu əlamətdar hadisə həm Cənubi Qafqazda, həm də bütün dünyada əməkdaşlığa, təhlükəsizliyin möhkəmləndirilməsinə və sülhün təşviqinə davamlı sadiqliyimizi vurğulayır”, – XİN qeyd edib.

Teqlər: