XİN-dən İranda itkin düşən azərbaycanlı barədə açıqlama

XİN-dən İranda itkin düşən azərbaycanlı barədə açıqlama

İranda itkin düşən azərbaycanlı tələbə Fərid Qabil oğlu Səfərlidən məlumat yoxdur.

AzerTimes xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, rəsmi Bakı Tehrandan cavab gözləyir:

“Buna görə də, axtarışlarda son durumla bağlı məlumat yoxdur”.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.

Teqlər: