Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Füzulidəki mina partlayışı ilə bağlı X hesabında yaydığı paylaşımda qeyd olunub.
“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır”, – paylaşımda vurğulanıb.