XİN-dən Finlandiya səfirinə: Bu, ikiüzlülükdür!

XİN-dən Finlandiya səfirinə: Bu, ikiüzlülükdür!

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Finlandiyanın Azərbaycanda, eyni zamanda Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinenin iddialarına cavab verib.

AzerTimes xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Ermənistan azərbaycanlılara qarşı çoxsaylı vəhşiliklər törədib, Azərbaycan isə heç vaxt erməni vətəndaşlarını hədəfə almayıb, əksinə, onların reinteqrasiyası üçün təhlükəsiz mühit təmin edib. Birləşmiş Millətlər Təşkilatı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, Beynəlxalq Qızıl Xaç Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanın erməniləri zorla çıxarmadığını təsdiqləməsinə göz yummaq ikiüzlülükdən başqa bir şey deyil”, – mətbuat katibi qeyd edib.

Qeyd edək ki, finlandiyalı diplomat Qarabağ bölgəsinin erməni sakinlərinin regiondan guya könüllü ayrılmadığını, “zorakılıq qorxusu” ilə üzləşdiyini deyib.

Teqlər: