Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərində meşələri yandırmasına münasibət bildirib.
AzerTimes xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Leyla Abdullayeva TvitTer səhifəsində yazıb.
“Görün, Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yandırlır. Meşələr yanır, flora və faunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə belə hazırlaşır?!”, – L.Abdullayeva paylaşımda bildirib.