XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə cavab

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə cavab

Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Tvitterdə yazıb.

O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür:

“Şəffaflıq və təhlükəsizlik üçün sərhəd keçid məntəqəsininin yaradılması mütləqdir”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Laçın yolunun hərəkət üçün bağlı olduğunu bildirib və yolun açılmasını tələb edib.

Teqlər: