Xəbər - Fərid Zöhrabov – Trend
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə imtahannda iştirak etmək istəyən namizədlərin imtahanda iştirak etməsi üçün ödənişin məbləği müəyyənləşib.
Trend xəbər verir ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. Namizədlərin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 110 AZN (ƏDV daxil olmaqla) təşkil edir.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə imtahan 23 yanvar 2022-ci il tarixində keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 23.12.2021-ci il saat 10:00-dan 12.01.2022-ci il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat üçün xidmət qeyd edilən tarixlərdə aktiv olacaq.