Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başlanıb.
AzerTimes xəbər verir ki, namizədlərin imtahana qeydiyyatı verilən keçid vasitəsilə 15 avqust saat 18:00‑dək həyata keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar).
Namizədlər aşağıda qeyd olunan link vasitəsilə XİN-ə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə bu link vasitəsilə tanış olmaq mümkündür. .
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi sentyabrın 17-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün imtahan keçiriləcək.