Tehranda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və İran xarici işlər nazirlərinin iştirakı ilə 3+3 formatında ikinci görüş keçiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Görüşün oktyabrın 23-də baş tutacağı bildirilib.
Qeyd edək ki, ilk dəfə 3+3 formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub. 3+3 formatına Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, İran və Türkiyə daxildir.