Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün tarixi məlum olub.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş avqustun 2-də baş tutacaq.
Məlumata görə, görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq. Eyni zamanda, Xəzər dənizindən keçən Şərq-Qərb dəhlzii ilə bağlı perspektivlər barədə danışılacaq.