Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan və Macarıstanın XİN rəhbərlərinin birgə mətbuat konfransı olub.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi X hesabında paylaşım edilib.
Konfransda nazirlər görüşün yekunları və Azərbaycanla Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərinə dair bəyanatlarla çıxış ediblər.