Xilasedicilərimiz 11 nəfəri dağıntılardan sağ çıxardı

Xilasedicilərimiz 11 nəfəri dağıntılardan sağ çıxardı

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Qəhrəmanmaraş şəhərində bu gün 11 nəfəri sağ çıxarıb, daha 20-yə yaxın meyit dağıntılar altından çıxarılıb.

AzerTimes xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Teqlər: