Nazirlər Kabineti “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət
və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza
risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan
qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” sərəncam
imzalayıb.
Trend-in məlumatına görə, sərəncama əsasən,
Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, 6 ay müddətində
Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin
(respublikanın şəhər və rayon mərkəzlərinə münasibətdə rayon
(şəhər) icra hakimiyyəti orqanlarının nümayəndələri), Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat
Birliyinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri
ilə birlikdə ölkə üzrə insanların kütləvi toplaşdığı aşağıda qeyd
olunan bütün növ obyektlərdə yanğın, radiasiya və texniki
təhlükəsizlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı
yoxlamalar aparılmasını təşkil etsin:
1.1. insanların müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş
binalarda, o cümlədən yataqxanalarda, mehmanxanalarda,
sanatoriyalarda, istirahət evlərində, kempinqlərdə, motellərdə və
s;
1.2. mülkiyyət formasından asılı olmayaraq, bütün sosial
təyinatlı obyektlərdə, xəstəxanalarda, təhsil müəssisələrində və
s;
1.3. tamaşa və mədəni-marif təşkilatlarının binalarında
(teatrlar, kinoteatrlar, konsert zalları, muzeylər və s.);
1.4. əhaliyə xidmət göstərən bütün ictimai obyektlərdə (ticarət
mərkəzləri, kafelər, restoranlar və s.).
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
aparılan yoxlamaların gedişatı barədə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə mütəmadi olaraq məlumat versin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.