Xidmət rəisi ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında,
restoranlarda və ictimai-iaşə obyektlərində Dövlət Ekoloji
Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən
monitorinqlər zamanı bir sıra obyektlərdə quraşdırılan
qaz-toztutucu qurğuların vəziyyətinin qeyri-qənaətbəxş olduğu qeydə
alınıb.

Bunu AzerTimes-a Xidmət rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, bir çox obyekt və restoranlarda təmizləyici
qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət
göstərilmədiyindən havaya normadan artıq tullantı atılır ki, bu da
sakinlərin haqlı narazılığına səbəb olur: “Ramazan ayının başlaması
ilə əlaqədar bir çox şadlıq saraylarının, restoranların və
ictimai-iaşə obyektlərinin fəaliyyətində fasilə yaranması
fürsətindən istifadə edərək obyekt sahibləri qurğulara texniki
xidmət göstərilməsi, filtrlərin vaxtında təmizlənməsi məqsədilə
zəruri tədbirlər görməlidir”.

Teqlər: