Xəbər - Orxan Nəbiyev – Trend:
Xəzəryanı ölkələr münasibətlərinin normativ-hüquqi bazasını təkmilləşdirir və regionda əlaqələri yeni səviyyəyə çıxararaq siyasi dialoqu təşviq edir.
Trend-in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovun 6-cı Xəzər mediaforumunun iştirakçılarına ünvanlanan müraciətində deyilir.
Nazir bildirib ki, Xəzər mediaforumunun görüşləri Xəzəryanı dövlətlərin aktual məsələlərinin müzakirəsi üçün zəruri vasitə kimi özünü təsdiq edib:
“Xəzər regionunda əməkdaşlıq yeni səviyyəyə çıxır, normativ-hüquqi baza təkmilləşdirilir, çoxtərəfli formatlar və mexanizmlər çərçivəsində dialoq təşviq edilir. Etimadın dərinləşməsinə edilən töhfə informasiya sahəsində əməkdaşlığa yol açır”.