Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan liderləri iyunun 29-u Aşqabadda Xəzər Sammitində iştirak edəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xəzər Sammitində xəzəryanı beş ölkənin liderlərinın iştirakı gözlənilir. Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan. Danışıqlar zamanı rəsmilər Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanı müzakirə etməlidirlər.
Bundan əvvəl VI Xəzər sammitinin Türkmənistanda keçirilməsinin planlaşdırıldığı bildirilirdi. Nur-Sultanda qeyd edildiyi kimi, mayın 23-24-də Tehranda Xəzər dənizi üzrə işçi qrupun dördüncü iclası keçirilib. Daha sonra sammitin Aşqabadda keçirilməsi qərara alınıb.