Xəzərin temperaturu son 15 ildə 1,2 dərəcə artıb – Umayra Tağıyeva

Xəbər - Çingiz Səfərli – Trend:

Xəzərin temperaturu son 15 ildə 1,2 dərəcədə artıb.

AzerTimes xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Xəzər dənizinin səviyyəsinə iqlim dəyişmələrinin və digər amillərin təsiri və mümkün uyğunlaşma imkanları” mövzusunda keçirilən seminarda deyib.

O bildirib ki, Xəzər dənizinin səviyyəsi bir çox amillərdən asılıdır. Həmin amillərin dəyişməsində belə çox sayda qeyri-müəyyənliklər var.

“Suyun temperaturunun yüksəlməsi Xəzərin bioresurslarına təsir göstərir. Son illərdə dalğanın orta hündürlüyündə də artım müşahidə olunub. Son 10 ildə Kürdə suyun miqdarı 27 faiz azalıb. Son 5 ildə ölkə üzrə yağıntı miqdarı isə 4 faiz aşağı düşüb”.

Teqlər: