Xəzərin səviyyəsi ən çox bu il düşüb – 35 sm

Xəbər - Samir Əli – Trend:

Xəzər dənizinin səviyyəsi ən çox 2021-ci ildə – 35 sm aşağı düşüb.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Nazirlik rəsmisi suyun səviyyəsinin aşağı düşməsinin bəzi ölkələri də narahat etdiyini deyib:

“Dəniz suyunun aşağı enməsi xəzəryanı ölkələr üçün narahatlıq doğurur.

2005-ci illə müqayisədə Xəzərin suyu 19 sm aşağı enib. Xəzər dənizinin aşağı enmə səviyyəsi ən çox bu il qeydə alınıb. Gələn ilin mart ayında nazirliyin təşəbbüsü ilə konfrans keçiriləcək və alman mütəxəssisləri və s. iştirakı ilə bağlı bu istiqamətdə elmi bazanın yaradılması məsələsinə diqqət yetirəcəyik”.

Teqlər: