Xəzərdə xərçənglərin kütləvi ölümü qeydə alındı

Xəzərdə xərçənglərin kütləvi ölümü qeydə alındı

Aktau sakinləri Xəzər dənizində ölü xərçəng topaları aşkar ediblər. İnsanlar buğumayaqlıların kütləvi ölümündən narahatdırlar.

AzerTimes Azərtac-a istinadla xəbər verir ki, ekologiya departamenti ərazidə su nümunələri götürmək üçün mütəxəssislər göndərib.

Qazaxıstan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Şurasının üzvü Adilbek Kozıbakov ehtimal edir ki, xırda balıqların və xərçənglərin ölümünə dənizə zərərli maddələrin atılması səbəb olub.

Ekologiya departamentindən bildirilib ki, zərərli maddələrin yolverilən normadan artıq olub-olmadığını müəyyən etmək üçün su nümunələri götürüləcək.

Teqlər: