Xəzərdə üzən gəmilərə xəbərdarlıq göndərildi

Xəzərdə üzən gəmilərə xəbərdarlıq göndərildi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Bu barədə AzerTimes-a qurumun mətbuat katibi Mehman Mehdiyev məlumat verib.

“Oktyabrın 9-u gundüz saatlarından oktyabrın 10-u səhər saatlarınadək Xəzər Dəniz Akvatoriyasında şimal-qərb-şimal küləyinin 18-23 m\s, arabir 25-30 m\s acıq dənizdə 33-35 m\s qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacagı gözlənilir”, – məlumatda deyilir.

Tapşırılıb ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

“Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilərə tapşırılıb ki, gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar”, – ASCO-nun açıqlamasında bildirilib.

Teqlər: