Xəzərdə suyun səviyyəsi 119 sm artdı

Xəzərdə suyun səviyyəsi 119 sm artdı

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi 119 sm qalxıb.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstanın Su Resursları və İrriqasiya Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsinin artmasının əsas səbəbi aprel-may aylarında Ural çayı boyunca sel sularının güclü axınıdır.

Ümumilikdə, 7,4 milyard kubmetrə yaxın sel suları Xəzər dənizinə Ural çayı ilə daxil olub.

Teqlər: