Son günlər Qazaxıstanın Mangistau vilayətində Xəzər dənizinin sahilində xeyli sayda ölü suiti qeydə alınıb.
AzerTimes Azərtac-a istinadla xəbər verir ki, sahildə daha 121 ölü suiti aşkar edilib.
Oktyabrın 24-dən 29-dək sahilboyu monitorinqlər zamanı 289 baş heyvanın öldüyü aşkar edilib. Bu bölgədə suitilərin ölüm halları əvvəllər də qeydə alınıb.
Dəniz canlılarının ölüm səbəbləri müvafiq laboratoriya araşdırmalarından sonra məlum olacaq.