Xəzər dənizinin Rusiya sahillərində kiçik sərnişin gəmisi batıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, gəmidə 1 kapitan və 2 sərnişin olub.
“İlkin məlumata görə, Xəzər dənizi akvatoriyasında gəmi hava şəraitinin pisləşməsi səbəbindən sahil xəttindən təxminən 7 km məsafədə hərəkət zamanı dalğanın təsirindən çevrilib və göyərtədə olan şəxslər suya düşüb.
Nəticədə gəmidə olan 2 nəfər itkin düşüb, 1 nəfər isə xilas edilib. Xilas edilən şəxs xəstəxanaya yerləşdirilib” – məlumatda bildirilib.
Hazırda itkin düşənlərin axtarışı davam edir.