Xəzərdə palçıq vulkanları çoxdur – Baş direktor

Xəzərdə palçıq vulkanları çoxdur.

AzerTimes-ın məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.

2000-ci ildə Xəzərdəki zəlzələdən sonra Nardaranın şimal-şərq istiqamətində də püskürmə baş vermişdi. Püskürmə nəticəsində süni ada əmələ gəlmişdir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, Xəzərdə 200-dək sualtı palcıq vulkanı var. Onlardan təxminən 120-si Xəzərin Azərbaycan sektoruna aiddir.

Teqlər: