Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq
çərçivəsində Azərbaycanın dənizdə külək enerjisi potensialının
tədqiq olunması üçün yol xəritəsi hazırlanır.
Trend-in məlumatına görə, bunu Energetika
Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin
direktoru Təbriz Əmmayev Qaradağda media-tur zamanı deyib.
Onun sözlərinə görə, bu istiqamətdə əməkdaşlıqla bağlı bir sıra
özəl şirkətlərlə sazişlərin imzalanması istiqamətində işlər
görülür.
Agentlik direktoru əlavə edib ki, ötən gün Bakıda BƏƏ-nin “Masdar” şirkəti ilə imzalanmış memorandum çərçivəsində elektrik
enerjisi istehsalı və ixracı, eləcə də dənizdə külək enerjisinin
gələcək inkişafı istiqamətində tədiqat işlərinin aparılması
planlaşdırılır.
(Tərcümə: Orxan Nəbiyev)