Xəzər dənizində hərəkətdə olan gəmi kapitanının köməkçisi xilas
edilib.
Dövlət Sərhəd Xidmətiondən AzerTimes-a verilən məlumata görə,
aprelin 6-da saat 00:20 radələrində Dövlət Dəniz və Liman
Agentliyinin növbətçi operatoru və Fövqəladə Hallar Nazirliyinin
Böhran vəziyyətində idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin
Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Lənkəran
reydindən Salyan reydi istiqamətində hərəkətdə olan Ekologiya və
Təbii Sərvətlər Nazirliyinə məxsus “Əlif Hacıyev” elmi-tədqiqat
gəmisinin kapitanının 3-cü köməkçisi 1992-ci il təvəllüdlü Hüseynov
Ramazan Seyfi oğlunun səhhətinin qəflətən pisləşməsi barədə məlumat
daxil olub.
Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər
nəticəsində “Astara” reydində dövlət sərhədinin mühafizəsində olan
sərhəd gözətçi gəmisinin itisürətli qayığı tərəfindən Salyan şəhər
Təcili Tibbi Yardım Stansiyasının həkimi qeyd olunan əraziyə
çatdırılıb.
İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxsin
həkim nəzarəti altında DSX Sahil Mühafizəsinin gəmisinə keçirilməsi
və sahilə təxliyəsi təmin olunub.