Bu gündən etibarən “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin
(ASCO) donanmasına daxil olan gəmilər Xəzər akvatoriyasında eyni
qaydada fəaliyyətlərini bərpa edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Xəzər
Dəniz Gəmiçliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev məlumat
verib.
Onun sözlərinə görə, hava şəraitinin küləkli olduğu təqdirdə
gəmilərə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi haqqında
xəbərdarlıq göndərilir.
“Bu vaxt küləkli hava nəzərə alınaraq həmin günlər gəmilərin
təhlükəsiz sığınacaqlara getməsi təmin olunur”, – deyə qurum
rəsmisi bildirib.