Xəzərdə batan 25 yaşlı gəncin meyiti tapılıb

Xəzərdə nəzarətsiz ərazidə batan 25 yaşlı gəncin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sentyabrın 5-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batan 1996-cı il təvəllüdlü Qafarov Kənan Vüqar oğlunun axtarışları başa çatıb.

K.Qafarovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Teqlər: