“Xəzər TV”də yeni layihə: “Hərəkətə keç”

“Xəzər TV”də yeni layihə: “Hərəkətə keç”

Xəzər TV-də yeni layihəyə start veriləcək.

AzerTimes xəbər verir ki, “Hərəkətə keç” layihəsi izləyicilərə Azərbaycanın adını daim ucaldan və idmanın inkişafı üçün əmək sərf edən qəhrəmanlarımızı tanımaq imkanı verəcək.

Veriliş Gənclər və İdman Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə hazırlanıb. Layihənin rəhbəri Zəhra Quliyeva, aparıcısı Vusalə Tağıyeva, rejissoru Aslan Qarayev, prodüseri isə Leyla Mustafayevadır.

Verilişin ilk bölümündə velosiped idmanının tanıtımı olacaq və layihənin hazırlanmasında Velosiped Federasiyası xüsusi dəstək göstərib.

Prodüser Leyla Mustafayeva bildirib ki, ilk verilişdə bu idmanla bağlı bütün maraqlı məqamlara toxunulub:” Velosipedçilərimiz hətta məşq sirlərini də bizimlə bölüşdülər. İdmanın inkişaf tarixi ən xırda detallarına qədər layihənin ilk bölümündə öz əksini tapıb. Ümid edirik ki, izləyicilərimiz velosiped və digər idman növləri haqqında çəkəcəyimiz verilişləri maraqla izləyəcəklər”

Teqlər: