Elza xanımı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq.
AzerTimes xəbər verir ki, bunu əməkdar artist Elza Seyidcahanın Xəzər TV-də veriliş aparacağı ilə bağlı məlumata münasibət bildirərkən Xəzər Media Mərkəzinin İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova deyib.
“İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində Xəzər Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb. Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma Xəzər Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur”, – deyə açıqlamasında bildirilib.
Qeyd edək ki, Elza Seyidcahan yeni mövsümdə Xəzər TV-də “Dönə bilsəm” adlı veriliş aparacağını deyib.